İntİm plastİka

İntim plastika, böyük və kiçik cinsiyyət dodaqlarının kiçildilməsi.

Image Title

Cinsiyyət dodaqlarının plastikası - onların formasının yaxşılaşdırılması və kosmetik çatışmazlıqların aradan qaldırılması məqsədilə həyata keçirilən çox məşhur və tələb olunan əməliyyat. Bədən hissələrimiz, o cümlədən cinsiyyət orqanları təbiətcə qeyri-simmetrikdir. Dolğun seksual həyat tərzi keçirmək üçün cinsiyyət orqanlarının fiziki tərəfindən başqa, estetik görkəmi də çox vacibdir.

İntim plastikanın keçirilməsi üçün göstəricilər:

  • Cinsiyyət orqanlarının tam inkişaf olmaması

  • Cinsiyyət orqanlarının asimmetriyası və uzunlaşması

  • Kiçik və böyük cinsiyyət orqanlarının qeyri-estetik görünüşü

  • Qəzadan, məişət zədələnməsindən və ya yanıqdan sonra travmalar

Cinsiyyət orqanlarının böyüdülməsi və ya kiçildilməsi sizi bir sıra komplekslərdən və narahatçılıqdan azad edər, bizim klinikanın mütəxəssisləri isə Sizin üçün əllərindən gələni əsirgəməyəcəklər!

Cinsiyyət orqanlarının böyüdülməsi (lipofillinqin köməkliyi ilə - öz şəxsi piyinin yeridilməsi ilə) və ya kiçildilməsi həm yerli, həmçinin ümumi narkoz altında keçirilə bilər - hər şey sizin istəyinizdən asılıdır.

Əməliyyatdan sonra reabilitasiya

Əməliyyatın özü tez həyata keçirildiyinə görə (40 dəqiqəyə qədər), siz stasionarda cəmi bir neçə saat vaxt keçirəcəksiz. Sonradan siz dərhal evə yollana və artıq müstəqil olaraq həkimin göstərişlərinə riayət edə bilərsiz.

Əməliyyatdan sonra məsləhətlər

Cinsiyyət dodaqlarının plastikası praktiki olaraq ağrısız bir prosedurdur. Xoşagəlməz hisslər sizdə yalnız ilk bir neçə gün baş verəcək, lakin onları analgetiklərin köməkliyi ilə neytrallaşdırmaq olacaq. Reabilitasiya dövründə siz tamamilə cinsi əlaqəyə girməkdən uzaq olmalısız.

Bir həftədən sonra siz özünüzü mütləq həkimə göstərməlisiz. Qeyd edildiyi kimi, qoyulmuş tikişlər öz-özünə sovrulub keçir, buna görə də onları çıxarmaq üçün bir də həkimə getmək lazım olmayacaq. Adi həyat tərzinə siz üç həftədən sonra qayıda bilərsiz, nəticələrdən həzz almaq isə artıq bir ay yarım sonra mümkün olacaq. İntim plastika çox gözəl nəticələr verir, buna görə də cinsiyyət dodaqları əvvəlki ilə müqayisədə çox fərqlənəcək.

Cinsiyyət dodaqlarının plastikasından sonra qadın aşağıdakı bütün üstünlükləri hiss edəcək:  

  • sekslə məşğul olduqda xoşagəlməz hisslərin olmaması;

  • cinsiyyət orqanlarının estetik görünüşü;

  • seksual hisslərin artması

Aşağıdakı əks göstərişlər zamanı cinsiyyət dodaqlarının plastikasını keçirmək olmaz:

  • zöhrəvi xəstəliklər

  • yetkinlik yaşına çatmamaq

  • psixoloji xarakterli pozğunluqlar

  • cinsiyyət orqanlarının iltihabı

Vaginoplastika az invaziyalı və az zədələyici cərrahi əməliyyat hesab edilir, reabilitasiya dövrü isə maksimal dərəcədə az olur.

Vaginoplastikanı bir qayda olaraq doğuş zamanı cinsiyyət orqanları divarları yekələn və ya zədələnən qadınlarda həyata keçirirlər. Çox vaxt doğuş prosesi zamanı, çanaq dibini formalaşdıran əzələlər çox bərk dartılır, onların üzərində yırtıqlar və deformasiya çapıqları əmələ gəlir.

İlkin olaraq bu cür patologiya xoşagəlməz hisslər verə bilməz. Lakin bu əzələlər kiçik çanaq orqanlarının saxlanmasında böyük rol oynadığına görə, cinsiyyət borusu divarlarının sallanması hissi yaranır, uşaqlıq boynunun hipertrofiyası baş verir. Həmçinin zədələnmiş əzələlər daha effektsiz yığılmağa başlayır ki, bu da cinsi yaxınlıq zamanı xoşagəlməz hisslər yaradır və seksual ehtirası azaldır. Bəzən bu cür funksiyonal pozğunluqlar qeyri-iradi sidik ifrazı ilə müşahidə olunur.

Çox vaxt yaşlı pasiyentlərdə əzələ-əlaqəndirici aparatın zəifləməsi baş verir və uşaqlıq borusunun sallanması ilə yanaşı, uşaqlığın sallanması, o cümlədən sidik saxlama problemləri də meydana gələ bilər.

Plastikaya dair tibbi göstərişlər - sistosellə, uretroselə və rektoselə gətirib çıxaran uşaqlığın sallanması, uşaqlıq borusu divarlarının sallanması.        

Uşaqlığın kiçildilməsi üçün müxtəlif cərrahi üsullardan istifadə edirlər: ön və ya arxa kolporafiya, kolpoperineoplastika və ya üsulların bir biri ilə uyğunlaşması.

 

Bu üsullardan hansının sizə ən uyğun olmasını yalnız sizin müalicə edən həkiminiz ilkin ginekoloji müayinədən sonra seçə bilər.

 

Faktiki olaraq kolpoplastika - bu uşaqlıq borusunun və ora girişin həcminin (ölçüsünün) kiçildilməsidir. Divarların hansının (ön və ya arxa) kiçildilməsindən asılı olaraq, ön və ya arxa kolporafiya seçilir.

Bəzi hallarda doğuşdan sonrakı çapıqlara görə uşaqlığa giriş daralır. Belə hallarda çapıq toxumasının kəsilməsi və girişin ölçülərinin bərpası həyata keçirilir.

Kolpoplastika spinal narkozun tətbiqi ilə həyata keçirilir. Qarışıq əməliyyatların istifadəsi zamanı ümumi narkoz istifadə edilir (yerinə yetirilən cərrahiyyə müdaxiləsinin həcmindən asılı olaraq).

Anesteziya üsulu fərdi olaraq pasiyentin sağlamlığının vəziyyətindən və görüləsi cərrahi müdaxilənin xarakterindən asılı olaraq seçilir.

Əməliyyatdan sonrakı dövr

Plastikanın əməliyyatdan sonrakı dövrü ağrısız olur. Bundan başqa, tikişləri çıxarmağa ehtiyac qalmır, çünki onlar 1-1,5 aya öz - özünə sovrulub gedirlər. Əməliyyatdan sonra heç bir çapıq və iz qalmır. Kolpoperineoplastika zamanı (kosmetik) aralıqdan tikişləri 5-7 sutkada çıxarırlar.  

Tikişlərin sağalma sürətindən asılı olaraq, əməliyyatdan sonra təqribən iki həftədən sonra oturmaq olar.

Hal-hazırda bir sıra intim problemlərin həlli üçün vaginoplastika ən optimal vasitə hesab edilir. Bu cür dəyişiklik etmək imkanı qadınlara seksual həyat tərzi keyfiyyətini yaxşılaşdırmağa imkan verir və onlara özlərində əminlik yaradır.