1977 ci ildə Azerbaycanda anadan olmuşdur.
1994 cü ildə orta məktəbi (Neftçala ş. 4 saylı) əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakultəsinə daxil olmuşdur (1994-2000).
2000 ci ildə Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirərək M.Nağıyev adına Bakı şəhəri Kliniki təcili tibb yardım xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura kursunu keçmişdir.
2001 ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbii hissənin tibb xidməti rəisi və Qarnizon Hospitalı cərrahiyyə şöbəsinin baş ordinatoru vəzifəsində xidmət etmişdir.
2003-2006 cı illərdə ümumi cərrah ixtisası üzrə və "Medi Club" tibbi özəl şirkətdə fəaliyyət göstərdikdən sonra,
2006 cı ildə Moskva şəhəri (Rusiya) Rusiya Elmi Cərrahiyyə mərkəzinin plastik estetik rekonstruktiv cərrahiyyə və üz-çənə cərrahiyyəsi şöbəsində plastik cərrahiyyə ixtisası üzrə aspirantura təhsilini keçmişdir. 02.03.2010 tarixdə eyni tibb ocağında «Döş qəfəsi yumşaq toxumalarının geniş defekt və deformasiyalarında plastik cərrahiyyə və mikrocərrahiyyənin imkanları» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
2010 cu ildə Azərbaycana dönərək Bakı şəhərində «İstanbul» estetik klinikasında plastik cərrahi fəaliyyəti davam etdirmişdir.
2006 ci ildən etibarən Rusiya (Moskva, Sankt-Peterburq, Kazan), İngiltərə (London 2008, Nottongem, Mançester 2013), Yunanıstan (Rodes 2009), Gürcüstan (Tbilisi 2008), Amerika (Nyu-York 2012, 2013) və s. çoxsaylı konferensiya və konqresslərdə iştirak və məruzə etmiş, elmi praktik kurslarda olmuşdur.
Ailəlidir, 1 qızı və 1 oğlu var.
Tibbi ixtisas olaraq cərrahiyyə mütəxəssisdən zəngin teorik biliklər, praktik vərdişlər, fiziki potensial və mənəvi guc tələb edən bir sahədir. Bu sahədə mütəxəssis olaraq çalışmağım uzun illər ərzində formalaşan-reallaşan arzu, ideya və məqsədyönlü fəaliyyətin nəticəsidir.
İlkin etapdan (ümumi cərrahiyyə) sonra plastik cərrahiyyə ixtisası üzrə ixtisaslaşaraq pasientlerə nəinki hər hansı bir xəstəlikdən əziyyət çəkdikləri məqamda yardımçı olmaq, həmçinin mövcud olan estetik komplekslərdən azad edərək, həyatlarına rəng qataraq, nəticə etibarı ilə xarici gorünüşdən qaynaqlanan əhval ruhiyyəni yüksəltmək bacarığına nail olmaq professional fəaliyyətimdə artan məmnunluğumu şərtləndirən amildir.
Estetik plastik cərrahiyyədə pasientin istəyini düzgün anlayaraq, planlaşdırılan estetik nəticəni onunla müzakirə edərək qarşılıqlı razılığa gəlmək, estetik nəticəni mümkün qədər mükəmmələşdirmək ən ümdə prinsipdir. Nəzərə alsaq ki, estetik plastik problemlə müraciət etmiş pasientlərin əksər qismi somatik sağlam insanlardır (yəni müraciət etdiklərin vaxt əksər hallarda digər orqan və strukturlarda narahat edici bir məqam olmur), onların estetik problemin həlli istiqamətində həddən ziyadə idealçı olmağı anlaşılandır.
Bu istiqamətdə təhsil və praktik vərdişləri daima inkişaf etdirərək pasientlərin istəyini reallığa çevirmək, onları psixoloji olaraq xarici gorünüşlərindən məmnun, parlaq stimullu həyatlarını gerçəkləşdirmək professional fəaliyyətimin bazis prinsipdir.
Qəlbə toxunan gözəllik arzusu ilə .....
Blefaroplastika - xarici görkəmin yaxşılaşdırılmasına, cavanlaşmasına və kosmetik çatışmazlıqların aradan qaldırılmasına...
Burun plastikası ilə məşğul olan cərrahiyyə bölməsinə rinoplastika deyilir. Rinoplastika təkcə burun formasının düzəlişi...
Otoplastika (qulaqların plastikası) - palazqulaqlığın və qulağın digər estetik qüsurlarının aradan qaldırılması üzrə plastik ...
Feysliftinq - üzün dartılması, üzün yuxarı, orta və aşağı üçdə bir hissəsindən və boyundan sallanmış dərinin...
Bu günə döşlərin endoprotezləşdirilməsi - süd vəzilərinin həcmini dəyişməyə və...
Süd vəzilərinin sallanmasının aradan qaldırılmasına və döşlərin təbii...
Reduksiya mammoplastikası - bu döşlərin ölçülərinin kiçildilməsi üzrə plastik...
Liposaksiya - bu vakuum vasitəsi ilə dərialtı piyin cərrahi yolla yığışdırılmasıdır. Bədənin müxtəlif sahələrinin...
Çiyin dərisinin dartılması – çiynin daxili səthi toxumalarının qalınlığının (əhatəsinin) azaldılması ilə...
Abdominoplastika (latın sözündən «abdomen» - qarın) - pasientin qarnının estetik...
«Braziliya» adı daşıyan yumru, hündür sağrılar bu gün etalon hesab edilir və əgər təbiət sizə...
Baldırların kontur böyüdülməsi üçün göstəricilərin düzgün qiymətləndirilməsi üçün ayaqların...
«Botoks» söz bu gün öz görkəminə diqqət yetirən hər bir kəsə, həm qadınlara, həm də kişilərə çox...
Saçların transplantasiyası insanın öz donor saç sahələrindən (boyun ardı və yan tərəflər) digər...