Lİposaksİya

Liposaksiya - bu vakuum vasitəsi ilə dərialtı piyin cərrahi yolla yığışdırılmasıdır.

Image Title

Bədənin müxtəlif sahələrinin köklüyünü azaltmaq üçün istifadə edilir. Bu üsul bəzilərinin hesab etdiyi kimi bədən çəkisinin azaldılması, bəzilərinin fikirləşdiyi kimi isə sellülitlə mübarizə üçün tətbiq edilmir.

Lipoksasiyanı bədən qamətinin korreksiyası üçün istifadə edirlər. Bu bədənin müxtəlif sahələrindən, o cümlədən çənəaltı, boyun, yanaq, kürək, çiyin, qarın, ayaqlardan həddindən artıq lokal piy qatının aradan qaldırılmasının ən effektiv üsuludur. Bu gün bu, dünyada ən məşhur kosmetik əməliyyat növüdür. Qadınlara çox vaxt lipoksasiyanı budlarda, sarğılarda və diz nahiyyələrində edirlər. Kişilərin «problemli zonaları» - yan tərəflər, qarın və beldir.

 

Lipoksasiya kimlərə göstərilib?

Prinsip etibarilə bədən qaməti həddindən artıq piylənmədən əziyyət çəkən hər bir kəsə, həm kişilərə, həmçinin də qadınlara lipoksasiya tətbiq edilə bilər. Lipoksasiyanın ən yaxşı nəticələri bədən çəkisi normal olan insanlarda əldə edilir. Bədən çəkisi bir az çox olan insanlarda da yaxşı nəticələr əldə etmək olar. Ən əla estetik effekt isə 30 yaşa qədər normal çəkisi olan insanlarda əldə edilir, çünki əməliyyatın yaxşı alınmasının ən vacib şərtlərindən biri - dərinin elastikliyidir. Dəri nə qədər elastik olarsa, bir o qədər o yaxşı yığılır və azaldılmış həcmdə öz yerini tutur.

 

Vakuum-aspirasiyalı lipektomiya, ultrasəs lipoksasiya və aspirasiyalı ultrasəs lipoplastika nə ilə fərqlənirlər?

Liposaksiya (piyin sovrulub çıxarılması) kimi tanınan vakuum sovrulma istifadəsi ilə lipektomiya (piyin yığışdırılması), piyin mexaniki yolla dağıdılmasını və sonradan sovrulub çölə çıxarılmasını nəzərdə tutur. Bu gün də bir çox cərrahlar öz pasiyentlərinə vakuum aspirasiyalı lipektomiyanı təklif edirlər. Lakin dünyanın bir çox klinikalarında artıq bir neçə ildir ki piyin dağıdılması üçün ultrasəsdən istifadə edirlər. Xüsusi aparat kateter vasitəsilə piy toxumasına ultrasəslə təsir edir və o yumşaq konsistensiyaya çevrilərək, vakuumun köməkliyi ilə asanlıqla yığışdırılır. Ultrasəs müdaxilənin travmatikliyini əhəmiyyətli dərəcədə yumşaldır, hər hansı bir mümkün olan riski azaldır. Ultrasəs lipoksasiya inkişaf etməyə davam edir: əməliyyatın daha effektiv və ehtiyyatlı keçirilməsini təmin edən yeni nəsil aparatlar meydana gəlmişdir.

 

Əməliyyat planlaşdırılmış həcmdən asılı olaraq 30 dəqiqədən bir neçə saata kimi çəkə bilər. Əgər əməliyyat olunacaq sahələr kiçikdirlərsə, lipoksasiyanı yerli anesteziya altında keçirmək olar. Lipoksasiyanı daha çox sahələrdə keçirməyi planlaşdırırlarsa, bu təqdirdə ümumi anesteziya tətbiq edilir. Hansı növ anesteziyanın tətbiq edilməsi barədə qərarı əməliyyatın həcmindən, pasiyentin sağlamlıq vəziyyətindən və fərdi xüsusiyyətlərdən asılı olaraq həkim və anestezioloq birgə qəbul edirlər. Hər bir halda, anesteziyanın üsul və növündən asılı olmayaraq, lipoksasiya tamamilə ağrısız həyata keçirilir. Əməliyyatdan sonra ağrı hissini yığışdırmaq üçün, analgetiklər təyin edilir. Bir qayda olaraq analgetiki cəmi bir dəfə, əməliyyatdan sonrası gün istifadə edirlər.

Qarnın lipoksasiyası, qarnın cərrahi plastikası ilə birgə həyata keçirilməsi praktiki olaraq ideal nəticələr əldə etməyə imkan verir. Təəssüflər olsun ki, qarnın lipoksasiyası, xüsusi ilə hamiləlikdən sonra qarnın ön divarlarının bütün estetik problemlərini həll etməyə qadir deyil, buna görə də onu çox vaxt abdominoplastika ilə birgə həyata keçirirlər.

Lipoksasiyanı çox vaxt üzün liftinqi, rinoplastika, abdominoplastika, mammoplastika kimi korreksiyaya, o cümlədən bəzi əməliyyat növlərinə əlavə kimi tətbiq edirlər.