Süd vəzİlərİnİn böyüdülməsİ (auqmentasİon mammoplastİka)

Bu günə döşlərin endoprotezləşdirilməsi - süd vəzilərinin həcmini dəyişməyə və formasını korreksiya etməyə imkan verən döşlərin böyüdülməsinin ümumi qəbul edilmiş üsuludur.

Image Title

Əməliyyat qadına heç bir maneəsiz, doğmağa və döşlə əmizdirməyə imkan verir.

Endoprotezləşmə, xüsusi implantantların (protezlərin) istifadə edilməsi sayəsində döşlərin zəruri formasını modelləşdirməyə və ölçüsünü korreksiya etməsinə imkan verən mammoplastika növlərinə aiddir. İmplantantları süd vəzilərinin fiksasiya olunan döşün böyük əzələlərinin altına və yaxud bilavasitə süd vəzilərinin altına və ya subfassiyalı yerləşdirirlər.  

Döşlərin böyüdülməsi məqsədi ilə klinikaya müraciət edənlərin demək olar ki, 100% büstünün parametrləri və formaları ilə narazı qalan qadınlardır. Bu süd vəziləri toxumalarının anadangəlmə inkişaf etməməsi, onların assimmetriyası, əmizdirmədən və ya əhəmiyyətli şəkildə arıqladıqdan sonra döşlərin forma və ölçülərinin dəyişdirilməsi ilə, o cümlədən sadəcə öz xarici görkəmindən subyektiv olaraq narazıçılıqla əlaqədar ola bilər.

Bəzi pasientlər döşlərin böyüdülməsini rekonstruktiv xüsusiyyətə görə (bərpa olunma) həyata keçirirlər (məsələn, süd vəzilərinin şişlərinin kəsilməsi üzrə əməliyyatdan sonra). Bu tip pasientlər bu qrupun kiçik bir hissəsini təşkil edir.  

Əks göstərişlər olmasa, bu cür əməliyyatı 18-55 yaşında pasientlərə etmək olar. Bu məsələnin dəqiq öyrənilməsinə əsaslanmış bir sıra elmi tədqiqatlar, cərrahiyyə müdaxiləsinin onkoloji, immun və digər xəstəliklərə səbəb olmamasına təminat verir. Bununla yanaşı normal laktasiya və döşlə əmizdirmə qabiliyyəti tam olaraq qorunub saxlanılır.

Bu günə döşlərin böyüdülməsi üçün iki növ implantant mövcuddur: dairəvi və damcıvari (anatomik). Onların köməkliyi ilə döşlərin istənilən forma və ölçüsünü modelləşdirmək mümkündür. Döşlərin böyüdülməsi üçün istifadə olunan implantantlar deformasiya olmur, süd vəzilərinin formasını maksimum müddət qoruyub saxlayır (bəzi şirkətlər öz məhsullarına ömürlük zəmanət verirlər) və onların sahibinə tam rahatlığı təmin edir.

İmplantantların hazırlanması üçün material qismində hipoallergiyalı ekoloji təmiz silikon istifadə edilir. Bir çox implantantların səthi nahamardır (teksturalıdır) ki, bu da protez ətrafında sıx kapsulanın (müvafiq olaraq kapsulyar kontraktura riskini azaldır) əmələ gəlməsinin qarşısını alır. Döşlərin böyüdülməsi üzrə əməliyyatların keçirilməsinin bəzi hallarında hamar səthli silikon implantantlar istifadə edilir.

İmplantantların içərisindəki doldurucular müxtəlif tərkibli ola bilərlər:

- Fizməzlul (0,9 % xlorid natrium məhlulu)

- Silikon gel

- Karboksimetilsellüloza (KMS)

- Kogeziv gel

Axırıncı iki doldurucu bu gün böyük populyarlığa malikdir. Onların digərlərindən fərqi - təbiiliyi və yüksək etibarlığıdır.

Kogeziv gel, vəzinqin təbii sıxlığını çox əla imitasiya edən jeleyə bənzəyir. Bundan başqa, gel implantantların kənar silikon hissələrindən içəri daxil olmur.

Karboksimetilsellüloza (KMS) - sellülozdan hazırlanan təbii suda həll olunan polimerdir. Cərrahiyyədən əlavə onu qida sənayəesində doldurucu-qatılaşdırıcı qismində istifadə edirlər. KMS formasını yaxşı qoruyub saxlayır, hər hansısa bir hissəciyi (mikrohissəciklər) silikon qabıqdan çölə çıxdığı təqdirdə isə, orqanizmə zərər yetirmədən ətraf toxumalar vasitəsi ilə həzm edilir. Bu cür implantantların yəqin ki, yeganə qüsuru - onların yüksək qiymətidir.

Bu gün döşlərin böyüdülməsi üçün implantantları bir sıra şirkətlər istehsal edir. Onların arasında ən məşhurları MentorMcGhan, Eurosilicon,  Polutech Silimed və s. şirkətlərin istehsal etdiyi yüksək keyfiyyətli sertifikatlaşmış məhsullardır.  

Endoprotezləşmə üzrə əməliyyata hazırlaşarkən, standart müayinədən savayı, mammoloqla məsləhətləşmək, süd vəzilərinin mammoqrafiyasını və/və ya USM keçirmək lazımdır. Əgər əks göstərişlər mövcud deyilsə, bu təqdirdə cərrah pasientlə əməliyyatın bütün detallarını müzakirə edir və anatomiyanın fərdi xüsusiyyətlərini və pasientin istəklərini nəzərə alaraq elə endoprotez seçir ki, hansıki pasientin döşlərinə ideal forma və həcm verəcək. Pasient əməliyyatın gedişatı və əməliyyatdan sonrakı dövrün gedişatı barədə məlumatlandırılır.

 

Döşlərin böyüdülməsi üzrə əməliyyata göstərişlər:

- amastiya və gipomastiya (süd vəzilərinin inkişaf etməməsi)

- süd vəzilərinin sallanması (ptoz)

- süd vəzilərinin anadangəlmə asimmetriyası

- döşlərin anomal inkişafı

- hər hansı bir zədələnmədən və ya mastektomiyadan (tam olaraq kəsilməsindən) sonra süd vəzilərinin bərpası (rekonstruksiyası.

 

Döşlərin böyüdülməsi üzrə əməliyyata əks göstərişlər:

- kəskin infeksion xəstəliklər

- laktasiya dövrü

- qan laxtalanmasının pozğunluğu

- şəkərli diabet

- süd vəzilərinin şişməsi

- dəri xəstəlikləri

- materialın qəsd edilməsi ehtimalını yüksək edən autoimmun xarakterli xəstəliklər.

 

Döşlərin böyüdülməsi üzrə əməliyyatdan sonra reabilitasiya dövrü

Əməliyyatdan sonra pasient bir qayda olaraq klinikanın rahat stasionarında bir sutka qalır, sonrakı reabilitasiya isə həkimin bütün məsləhətlərinə riayət etməklə ev şəraitində keçir. Əməliyyatdan sonra ilk günlər hərarətin qalxması normal hal hesab edilir.

Bir ay müddətində xüsusi kompression paltar geymək lazımdır. Həmçinin əl hərəkətlərinin məhdudlaşdırılmaq, idmanla məşğulu, fiziki gərginliyi, sauna və hamama getmələri istisna etmək məsləhət görülür.

Əməliyyat müdaxiləsindən sonra şişmə, həssaslığın aşağı düşməsi və məmə ətrafında yanıq hissinin olması 3-4 həftədən sonra keçir, döşlərin böyüdülməsi üzrə əməliyyatdan sonra tam bərpa olunma isə, 2-6 aydan sonra baş verir.