Rİnoplastİka

Burun plastikası ilə məşğul olan cərrahiyyə bölməsinə rinoplastika deyilir.

Image Title

Rinoplastika təkcə burun formasının düzəlişi deyil, bu həmçinin burnun daxili elementlərinin korreksiyasıdır, çünki burun insan sağlamlığının təminatında böyük rol oynayır. Burun insanın ağ ciyərlərinə lazımi miqdarda havanın sərbəst daxil olmasını təmin edir, bununla yanaşı həmin havanı qızdırmalı və daxili tükcüklər vasitəsilə filtrasiya etməlidir.

Bundan başqa burun səs əmələgəlmədə, qoxu hiss etmədə, o cümlədən sinus çıxıntısının və burun-göz yaşı aparatının ventilyasiyasında və drenajlanmasında iştirak edir. Buna görə də estetik əməliyyat burnun əsas funksiyalarını pozmaq yox, mümkün qədər onları yaxşılaşdırmaqdır.

 

Qeyd etmək lazımdır ki, bir çox insanların burun formaları xoşuna gəlmir, amma bu o demək deyil ki, hamı plastik əməliyyat etməlidir. Plastik əməliyyat o təqdirdə həyata keçirilir ki, bu yaşamağa və işləməyə maneəçilik törədirsə.

Həkimlə ilk danışıq böyük əhəmiyyət kəsb edir. Pasient onu plastik cərrahın yanına gətirən problemlər barədə mümkün qədər ətraflı danışmalıdır. Görkəminin defekti barədə ilkin fikirlər nə vaxt meydana gəlməsini bilmək çox vacibdir. Onun defektlərinə ətrafdakıların nə cür reaksiya verməsini bilmək lazımdır.

 

Burnun plastik cərrahiyyəsi şübhəsiz ki, ekstra-klass cərrahlar üçün əməliyyat kateqoriyasına aiddir. Burada təkcə texniki tərəfi yaxşı bilmək  kifayət etmir. Ən çətini estetik qərarı tapmaq və onu canlı toxumalarda həyata keçirməkdir.

Hal-hazırda rinoplastika etmək istəyən pasientlər, plastik cərrahlara müraciət edən bütün pasientlərin 30-60% təşkil edir. Bu problem ən çox cinsi yetişgənlik və şəxsiyyətin quruluşu dövründə kəskin ortaya çıxır. 17 yaşından 25 yaşına qədər olan yaş dövrü həm toxumaların vəziyyəti nöqteyi nəzərdən, həmçinin psixoloji cəhətdən insanın öz yeni görkəmini qəbul etmək nöqteyi nəzərdən keçirilməsi üçün ən münasib vaxtdır. 17 yaşından qabaq əməliyyat müdaxiləsi məsləhət görülmür, belə ki, həmin vaxt orqanizm toxumaların təbii formalaşması hələ yekunlaşmayıb və böyümə zonalarında əməliyyat zamanı dəymiş süni zədələnmə arzuolunmaz effekt verə və müxtəlif deformasiyalara gətirib çıxara bilər.

 

Burnun formasının dəyişilməsi plastik əməliyyatı bir qayda olaraq ümumi narkoz altında həyata keçirilir. Bu, cərraha prosesin yaradıcılıq tərəfində fikrini cəmləşdirməyə, pasientə isə ağrını hiss etməməyə imkan verəcək. Bir çox hallarda burun plastikasından sonra çapıq heç qalmır. Əməliyyat burnun selikli qişasının kəsiyi və kolemulla vasitəsi ilə həyata keçirilir.

Əməliyyat burun boşluğuna silikon tamponların yerləşdirilməsi ilə yekunlaşır. Əməliyyatdan sonra ilk günlər onlar burun toxumaları üçün daxili dayaq rolunu oynayır və onların içərisindəki boşluq burun ilə nəfəs almağa imkan verir. Bayır tərəfdən yaradılmış burun forması kəpənək qanadları şəklində xüsusi yapışqan və ya gips sarğı ilə fiksasiya olunur.

 

Əməliyyatdan sonra burun ətrafında ağrılar demək olar ki olmur. Çöl sarğıları - gips bir qayda olaraq bir həftədən sonra çıxarılır. Göz ətrafında göyərmələr təqribən yarı hallarda baş verir və bir həftə ərzində keçib gedir. Burunda şişmələr və ödem 1-ci, 3-cü və 6-cı ayların sonlarında müvafiq olaraq 50, 80, 90% olaraq tədricən yatır. Əməliyyatdan sonra pasient stasionarda 1 gün qalır (minimal olaraq 6 saat).

 

Rinoplastika - burnun xarici görünüşünün və ya burnun nəfəsalma funksiyasının yaxşılaşdırılması üçün həyata keçirilən plastik əməliyyatdır. Burnun estetik plastikası onu daha cazibədar edir, septorinoplastika isə öz tibbi göstəricilərinə görə burnun nəfəsalma funksiyasının bərpası və ya burnun rekonstruksiyası ilə məşğul olur.

 

Bu gün estetik rinoplastika adətən burnun forma və ölçülərinin dəyişilməsi üçün istifadə edilir. Anadangəlmə defektlər, zədələnmələr və dəb - rinoplastika üçün müraciət etmənin üç əsas səbəbidir.

 

Uğurlu rinoplastika burun anatomiyasının və fiziologiyasının hərtərəfli biliklərini və anlayışını tələb edir. Burnun bütün hissələri müəyyən məqsədlərə xidmət edir və yalnız rinoplastikanı yerinə yetirən ixtisaslaşdırılmış cərrah bu funksiyaların heç birinə xələl yetirmədən burnu dəyişdirə bilər.

Rinoplastikanın bəzi növləri yerli anesteziya altında yerinə yetirilə bilər, lakin adətən ümumi narkoz istifadə edilir. 0,5-2 saat ərzində narkoz, rinoplastika zamanı standart keyidicidir. Əməliyyatın davamiyyəti rinoplastikanın xüsusiyyətlərindən və sürəkliliyindən asılıdır.

 

Əgər siz respirator-virus infeksiyasına yoluxmusunuzsa, rinoplastika həyata keçirilmir, çünki bu əməliyyatdan sonrakı kəskinləşmə riskini artırır. Plastik əməliyyatın keçirilməsindən bir neçə həftə qabaq aspirinin və qanın laxtalanmasına təsir edən digər dərmanların qəbulunu dayandırmaq lazımdır, çünki onlar rinoplastika zamanı qanaxma riskini artırır. Burun plastikasını planlaşdırarkən, mütləq cərrahınıza qəbul etdiyiniz dərmanlar barədə məlumat verin. Sizin cərrah həmçinin allergiya reaksiyalar halları, mövcud olan xroniki və yanaşı xəstəliklər və ya bundan əvvəlki əməliyyatlara (əgər belələri olubsa) olan qeyri-adi reaksiyalar barədə məlumatlı olmalıdır.

 

Rinoplastika zamanı adətən kəsiklər çox kiçik olur və lazımi qaydada sağaldıqda gözə görünməyir. Bəzən burun plastikası zamanı (xüsusən təkrar rinoplastika zamanı) əlavə materialdan istifadə etmək zərurəti yaranır. Bu materialı əsasən pasientin öz bədən üzvündən - sümüyündən və ya qığırdağından götürürlər.