Abdomİnoplastİka (qarın plastİkası)

Abdominoplastika (latın sözündən «abdomen» - qarın) - pasientin qarnının estetik görünüşünü yaxşılaşdırmaq üçün ön qarın boşluğu divarının korreksiyası üzrə əməliyyatdır.

Image Title

Cərrahiyyə müdaxiləsinin məğzi qarnın aşağı hissəsindən artıq piy və dərinin yığışdırılması və qarın əzələlərinin dartılmasıdır.

Abdominoplastika məhz sizə lazımdırmı?

Siz bu yaxınlarda ana olmusuz və doğuşdan sonra qarın əzələləri öz keçmiş formasına qayıtmaq istəmir və artıq çəkiniz demək olar ki yoxdur?

Siz əhəmiyyətli şəkildə arıqlamısız, lakin elastikliyini itirmiş və dartılmış dəri qeyri-estetik «önlüyün» əmələ gəlməsinə gətirib çıxarıb? Təəssüflər ki, belə hallar çox olur.

 

Artıq (lazımsız) dəri

Bunun səbəbi ona görədir ki, bu və ya digər səbəblərə görə dartılmış dəri adekvat olaraq yığıla bilmir və artıq dəri əmələ gəlir. Siz sərbəst olaraq artıq dəri və piylə bacarmırsınız? Məşqlər və balanslaşdırılmış qidalar sizə kömək etmir? Bu təqdirdə abdominoplastika üzrə cərrahiyyə əməliyyatı tövsiyə edilir. Əməliyyatdan sonra qarın cavanlıqda olduğu kimi öz formasını alır: dəri hamar, dartılmış və elastik olur. Bel nazikləşir və ifadə olunur, qabağa çıxmış qarın isə əhəmiyyətli şəkildə azalır və ya yox olur.

 

Gərilmə (striya)

İntensiv çəki artımı nəticəsində (məsələn hamiləlik dövründə) dəri dartılır, birləşdirici toxumaların tamlığı pozulur, xarici görünüşcə qırmızı və ya çəhrayı «çapıqlar» şəklində mikroyarıqlar əmələ gəlir. Bu çapıqlar vaxt keçdikcə ilkin rəngini itirir və ağ xəttlərə bənzəyir. Bu striyalar və ya gərilmələrdir. Onlarla mübarizə aparmaq çox çətindir, çünki onlar dərini dibinə kimi zədələyirlər və yenidən yığılmaya imkan vermirlər. Abdominoplastika striyalarla zədələnmiş dəri səthini aradan qaldırmağa imkan verir. Mexanizm, göbəkdən aşağı hissədən artıq dəri və piyin yığışdırılmasından və dərini «doğuşdan» öncəki vəziyyətə qədər dartmaqdan ibarətdir.

 

Abdominoplastika bir qayda olaraq kişilərə göstərilmir, çünki qadınlardan fərqli olaraq onların qarın boşluğu və piy qatının bölüşdürülməsi quruluşu başqa cürdür. Qarınları «önlük» kimi sallanan kişilər istisna edilir. Belədə əməliyyat əla nəticə verir.

 

Əməliyyatın, digər cərrahi müdaxilələr kimi bir sıra əks göstərişləri mövcuddur. Onlara aiddir: şəkərli diabet, qaraciyər və böyrəklərin patologiyası, əməliyyat zamanı hər hansı bir infeksion xəstəliklər və ya bu xəstəliklərdən sonra bərpa olunma dövrü. Reabilitasiya dövrünü və ya əməliyyatın gedişatını qəlizləşdirə bilən digər xəstəliklərdə əks göstərişlərə aid ola bilər. Buna görə də sağlamlıqla bağlı bütün problemlər, o cümlədən allergiya reaksiyaları barədə qabaqcadan cərraha və anestezioloqa xəbər vermək lazımdır.  

 

Abdominoplastika bir qayda ollaraq nə cür keçirilir?

Abdominoplastika üzrə əməliyyat qarın nahiyyəsindən artıq dəri və piyin kəsilməsindən, həmçinin qarın boşluğu divarının dartılmış əzələlərinin tikilib daraltmasından və göbəyin yerdəyişməsindən ibarətdir. Kəsik qarnın aşağı hissəsi, qasığın üst tərəfindən həyata keçirilir. Tikiş dəridaxili qoyulur, buna görə də tədricən gözə görünməyən ağ xəttə çevrilir.

Az əhəmiyyətli dəyişikliklər zamanı miniabdominoplastika həyata keçirilir. Sonuncu klassik abdominoplastikadan əhəmiyyətli dərəcədə az kəsikləri və müdaxilə həcmi ilə fərqlənir və göbəyin yerdəyişilməsi olmadan yerinə yetirilir. Bir çox hallarda miniabdominoplastikanın köməkliyi ilə gərilmə problemindən uğurla bacarmaq olar.

Abdominoplastikanın effektini, şişlər keçdikdən və yara aramla sağalmağa başladıqdan, əməliyyatdan artıq bir neçə gün keçdikdən sonra görmək mümkündür. Əməliyyatdan 6 ay keçdikdən sonar, yekun nəticə əldə edilmiş hesab edilir. Sizin bədən quruluşunuz daha cazibədar və gözəl olacaq. Bundan sonra siz aşağı bel olan dəbli cinslər, açıq çimərlik geyimləri geyə bilərsiz, hətta göbəyinizə pirsinq də vura bilərsiz, çünki onun forması cavan qamətə xarakterik olan düzgün anatomik vertikal cizgilərə malik olacaq.

 

Abdominoplastikadan sonra kəskinləşmələr çox nadir hallarda olur və nəticənin keyfiyyətinə heç bir təsir göstərmir. Əgər pasient çəkisinə nəzarət edəcəksə, təkrar əməliyyata ehtiyac qalmır. 

 

Əgər qadın yaxın gələcəkdə hamilə olmağı planlaşdırırsa (və ya abdominoplastikadan 3-5 il keçdikdən sonra dartılmış əzələlərin dartılıb tikilməsi dərəcəsindən asılı olaraq) və ya çəkisinin korreksiyası üzrə tədbirlər görmək istəyirsə, bu təqdirdə əməliyyat keçirmək məsləhət görülmür. 

 

Doğuşdan sonra ilk altı ərzində də abdominoplastika etməyin mənası yoxdur, çünki dərinin dartılması və qamətin konturlarının radikal müdaxiləsiz bərpa olunması ehtimalı çox yüksəkdir.